
Millimizdən Türkiyə yığması ilə heç-heçə
- 29 Sen 2022 18:41
- 422
Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası qarşı keçirilmiş qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl baş tutmuş oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsilə nəticələnmişdi.