
Millimizdən Türkiyə yığması ilə heç-heçə
- 18 Sen 2022 16:00
- 384
Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışını başa vuran 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində türkiyəli yaşıdları ilə növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Eda Nur Mutlu fərqlənib.
Xatırladaq ki, komandamız ilk yoxlama oyununda bu rəqibinə 0:3 hesabıyla məğlub olmuşdu.