
Millimiz Ukrayna yığmasına məğlub oldu
- 11 Sen 2022 19:00
- 385
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) Superfinalında sonuncu oyununu keçirib.
Rekord.az xəbər verir ki, İtaliyanın Kalyarı şəhərində keçirilən oyunda Ukrayna komandası ilə qarşılaşan millimiz 2:6 hesabı ilə məğlub olaraq turniri 6-cı pillədə başa vurub.
Millimizin hər iki qolunu İsa Zeynallı vurub.