
Millimiz Sloveniyaya ikinci oyunda da uduzdu
- 24 Mar 2022 21:00
- 490
Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.
Millimizin heyətində Nəriman Axundzadə fərqlənib.
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş də 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.