
Millimiz Polşa ilə üz-üzə
- 12:00
- 37
Azərbaycanın 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda növbəti oyununa bu gün çıxacaq.
Rekord.az xəbər verir ki, yığma 1/4 finalda Polşa seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 14:25-də start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələmişdi.