
Millimiz finalda uduzdu
- 07 Sen 2025 22:25
- 47
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, yığmamız finalda Niderland seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibinə 16:21 hesabı ilə məğlub olub.
Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.