
Millimiz DÇ-yə hazırlığı Qoridə davam etdirəcək
- 13:40
- 31
Kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Gürcüstanda davam etdirəcək.
Rekord.az xəbər verir ki, yığma təlim-məşq toplanışının son mərhələsi üçün bu gün Qori şəhərinə yollanacaq.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev heyətə Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevi (+90 kq) cəlb ediblər.
Komanda Qoridə əsasən texniki-taktiki hazırlığa diqqət ayıracaq. Toplanış avqustun 29-da yekunlaşacaq.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 4-14-ü aralığında İngiltərənin Liverpul şəhərində keçiriləcək.