Millimiz Avropa çempionatına yola düşüb
- 16:30
- 37
Azərbaycan Karate Federasiyasının fudokan karate üslubu üzrə milli komandası Rumıniyanın Sfantu George şəhərində keçiriləcək 28-ci Avropa çempionatında iştirak etmək üçün yola düşüb.
Rekord.az xəbər verir ki, ölkəmiz bu mötəbər yarışda 11 nəfərlik heyətlə təmsil olunur.
Komandaya AKF prezidentinin köməkçisi, fudokan karate üslubu üzrə nümayəndə Vüsal Abdullazadə və üslubun baş məşqçisi Bəşir Mahmudov rəhbərlik edir.