Bakıda təlim-məşq toplanışında olab 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qarabağ” klubunun üzvü Rauf Eyyubov zədə səbəbindən toplanışda iştirak edə bilməyəcək. Onun əvəzinə “Sumqayıt” klubunun üzvü İlkin Qocayev hazırlıq prossesinə cəlb olunub.