
“Milan”ın hücumçusu sıradan çıxdı
- 17 Okt 2021 17:30
- 501
İtaliyanın “Milan” klubunun futbolçusu Ante Rebiç sıradan çıxıb.
Rekord.az xəbər verir ki, xorvatiyalı hücumçu A Seriyasının 8-ci turunun “Verona” ilə matçında zədələnib. Rebiç 36-cı dəqiqədə Rafael Leaoyla əvəzlənib.
Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Milan” – “Verona” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə başa çatıb.