"Milan"ın müdafiəçisi Simon Kyer mövsümün sonunda klubdan ayrılacaq.

Rekord.az xəbər verir ki, bu barədə 35 yaşlı futbolçu klubun saytına açıqlamasında deyib.

Danimarkalı oyunçu 2020-ci ildən İtaliya təmsilçisində oynayır. O, bu mövsüm A Seriyasında 19 oyuna çıxıb və 1 qol ötürməsi verib.