
"Milan" onunla bağlı qərarını verdi
- 13 Sen 2022 16:15
- 395
“Milan” daha bir oyunçusunu heyətində saxlamaq istəyir.
Rekord.az xəbər verir ki, klub yarımmüdafiəçi İsmael Bennaserə yeni müqavilə təklif edib. Tərəflər bu mövzu barədə danışıqlar aparır.
Bennaser bu mövsüm bütün yarışlarda 7 oyun keçirib və 1 qol vurub. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin iyun ayına qədərdi.