“Barselona”nın futbolçusu Lionel Messi cərimə zərbələrini ustalıqla yerinə yetirməsinin sirrini açıb.

Rekord.az xəbər verir ki, Messi bunun üçün bir neçə aspekt üzərində işlədiyini bildirib. O, bunun üzərində xeyli məşq etdiyini vurğulayıb:

“Bəli, doğrudur ki, mən qapıçıları öyrənməyə xeyli vaxt sərf edirəm. Onların hərəkətlərini müşahidə edir, hansı tərəfə addım atdıqlarına, canlı səddi necə qurduqlarına fikir verirəm. Bütün bunlar üzərində isə məşqlərdə xeyli çalışıram”.

Messi cari mövsümdə İspaniya çempionatında 13 oyun keçirib, 3 qol vurub, 6 qol ötürməsi edib.