PSJ-nin hücumçusu Lionel Messi Paris gələcəkdə daha bir "Qızıl top" almağı gözləyib-gözləmədiyi ilə bağlı sualı cavablandırıb.

Rekord.az xəbər verir ki, 34 yaşlı oyunçu deyib:

"Bu barədə fikirləşmirəm, həmişə ilk növbədə komanda kuboklarını düşünürəm. Məqsədlərimiz aydındır. Bütün mümkün titulları qazanmaq ambisiyalarımız var. Şəxsi nailiyyətlər haqqında düşünməyə vaxtımız yoxdur. Biz hər gün işləyirik və istədiyimizə nail olmaq üçün tədricən böyüyürük".