Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
- 01:25
- 33
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub.
Rekord.az xəbər verir ki, bu, 2026-cı il dünya çempionatının J qrupunun 2-ci turunda Avstriya yığması ilə keçirilən matçda qeydə alınıb.
Dubla imza atmış Messi mundiallarda 17-ci və 18-ci qolunu vuraraq bu göstəricidə 16 qolu olan Miroslav Klozeni geridə qoyub. Siyahıda üçüncü pillədə isə 15 qolla Kristiano Ronaldo yer alır.
Argentina millisi bu oyunda 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni vaxtından öncə təmin edib.