
Məşhur şirkət Niderland klubunu aldı
- 24 Mar 2022 20:00
- 480
“City Football Group Holding” şirkəti daha bir klubu alıb.
Rekord.az xəbər verir ki, kompaniya Niderland "NAK Breda"sının səhmlərinə sahib olub.
Bu şirkətin sahib olduğu 11-ci futbol klubu olub.
Qeyd edək ki, sözügedən şirkət “Mançester Siti” (İngiltərə), “Nyu-York Siti” (ABŞ), “Melbrun Siti” (Avstraliya), “Yokohama F. Marinos” (Yaponiya), “Torki Yunayted” (Uruqvay), “Jirona” (İspaniya), “Sıçuan Szyniu” (Çin), “Lommel” (Belçika), “Mumbay Siti” (Hindistan) və "Trua" (Fransa) klublarının səhmlərinə sahibdi.