Məşhur "Transfermarkt" portalının rəsmi "feysbuk" hesabı "Səbail"i Ermənistan klubu kimi təqdim edib.

Rekord.az xəbər verir ki, səhifə 4 məşhur futbolçunun son klublarının düzgün tapılması ilə bağlı etdiyi paylaşım edib.

Didye Droqba, Maykl Esyen, Samuel Eto və David Vilyanın şəklinin paylaşıldığı posda "Səbail" Ermənistan klubu kimi göstərilib.

Maykl Esyen 2019-cu ilin mart ayından 2020-ci ilin sentyabrına kimi "Səbail"də çıxış edib.