Yaponiyada təhsil almış azərbaycanlı cüdo mütəxəssislərinin Qubada region məşqçiləri üçün seminarı təşkil olunacaq.


Bu barədə Rekord.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.


Seminarlar Orxan Səfərov, Asiman Allahverdiyev və yunan ekspert Corc Buntakis tərəfindən keçiriləcək.


İyunun 22-dəki seminar Quba Olimpiya İdman Kompleksində baş tutacaq.