
Məmmədovun komandası səfərdə uduzdu
- 16 Fev 2025 11:31
- 114
Azərbaycanlı futbolçu Rahil Məmmədovun çıxış etdiyi “Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, Məmmədovun komandası 21-ci turda “Qornik”in qonağı olub.
Futbolçumuzun komandası yekunda 2:3 hesablı məğlubiyyətə üzülüb. Millimizin üzvü 90 dəqiqə meydanda olub.
Rahilin komandası hazırda 21 xalla 15-ci pillədədir.