16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku davam edir.

Rekord.az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.

Kişilərdən bu dəfə körpücük üzərinə çəkisi 67 kq olan atletlər çıxıblar. Toplam 256 kq (116+140) nəticə göstərən Tehran Məmmədov bütün rəqiblərini qabaqlayıb və qızıl medala sahib çıxıb. Toplam 233 kq (110+123) nəticə ilə Fuad Həsənov ikinci, 224 kq (101+123) nəticə ilə Turan Əliyev 3-cü yeri tutub.