
Məhşur mütəxəssisə ağır vergi ittihamı
- 28 Sen 2022 16:45
- 408
"Real Betis"in baş məşqçisi Manuel Pelleqrini vergidən yayınmaqda ittiham olunur.
Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis qanunları "Mançester Siti"nin baş məşqçisi olarkən (2013-2016) pozub.
Çilili mütəxəssisin bu səbəbdən 343 000 funt sterlinq məbləğində cərimələndiyi bildirilib.
Pelleqrini isə indilik iddiaları şərh etməyib. Hüquqi məsələlərlə onun vəkilləri məşğul olur.