
"Məhəllə uşaqları" yarımfinalda!
- 12:00
- 92
Həvəskarlar Liqasında mübarizə aparan Sumqayıtın "Məhəllə uşaqları" komandası yarımfinala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, ilk oyunda Beyləqanda "Mil"ə 3:4 hesabı ilə uduzan Orxan Abdullayevin komandası Sumqayıtdakı cavab oyununda inamlı qələbə qazanıb.
Rəqibini 4:0 hesabı ilə məğlub edən Sumqayıt təmsilçisi yarımfinala yüksəlib.