Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu yenidən qurulsa da, açılışı hələ də yubanır.

Rekord.az xəbər verir ki, açılış tarixi bilinməsə də, növbəti mövsümə kimi bu məsələnin baş tutacağı şübhəsizdir.

Bundan sonra "Sumqayıt" ev oyunlarını yeni stadionda keçirəcək. Lakin saytımıza daxil olan məlumata görə, yeni stadionda bilet satışının olacağı gözlənilir. Bunda ilk növbədə "Sumqayıt" yox, şəhər rəhbərliyi maraqlıdır. Stadionun xərclərini qarşılamaq üçün.