Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 6 aya yaxındır tikilib başa çatdırılsa da, hələ də açılışı gerçəkləşməyib.

Rekord.az-a daxil olan məlumata görə, açılışın yubanması maddi cəhətdən də arena rəhbərliyinə, şəhər rəhbərliyinə ziyan vurur.

Çünki açılışı olmasa da arena faktiki fəaliyyət göstərir. Bəzi işçilər var ki, onlara maaş ödənilir. Hər həftə ot örtüyünün sulanması üçün su istifadə olunur ki, həmin su da böyük çənə yığılır. Həmin çənə yığılan su isə su maşınları ilə gətirilir və bunun üçün də müəyyən qədər məbləğ ödənilir. Bundan başqa, elektrik enerjisindən istifadəyə görə də müəyyən borc gəlib. Bir sözlə, stadionun açılışı uzandıqca, şəhər rəhbərliyi, stadion rəhbərliyi əlavə xərcə düşür.