Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunun açılış oyunu baş tutub.

Rekord.az xəbər verir ki, paytaxt klubu "Xəzri" səfərdə "Cəlilabad"la qarşılaşıb.

Oyuna üstün başlayan debütant "Xəzri" yekunda rəqib üzərində 89:79 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular "Cəlilabad"da Rişon Conson (27 xal, 7 ribaund), "Xəzri"də Amil Həmzəyev (20 xal, 10 ribaund) olublar.

Turun növbəti oyunları ("NTD-INDIGO" - "Gəncə", "Sərhədçi" - "Sumqayıt", "Neftçi" - "Şəki", "Xırdalan" - "Sabah") 9, 10 və 11 noyabr tarixində baş tutacaq.