
Mbappenin PSJ-də qalmasını düzgün addım sayır
- 10 Sen 2022 13:47
- 440
“Barselona”nın hücumçusu Osman Dembele PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a keçməməsi haqda danışıb.
Rekord.az xəbər verir ki, Dembele, Fransa millisində komanda yoldaşı olan Mbappenin Paris klubunda qalmaqla düzgün addım atdığını düşünür:
“Mbappe PSJ-də daha yaxşıdır. Düşünürəm ki, o, PSJ-ni çox sevir. Bu onun öz klubudur.
Kilianın PSJ-də qalması “Barselona” üçün də yaxşıdır. Lakin gələcəkdə La Liqaya keçəcəyini, yoxsa Parisdə qalacağını bilmirəm”.
Mbappe ötən mövsüm Madrid klubuna keçməkdən imtina etmiş və PSJ ilə müqaviləsini 30 iyun 2025-ci ilə qədər uzatmışdı.