
Mbappe "Real" variantını istisna etmir
- 07 Sen 2022 16:00
- 437
PSJ-nin hücumçusu Kilian Mbappe nə vaxtsa "Real Madrid"ə keçəcəyini istisna etməyib.
Rekord.az xəbər verir ki, "The New York Times" Mbappenin dediklərini belə çatdırıb: “Gələcəkdə nə olacağını heç vaxt bilmək olmur. Mən heç zaman bu klubda oynamamışam, amma "Real Madrid" mənim evim kimidir, mənə doğmadır".
Xatırladaq ki, ötən yay Mbappe son anda azad agent kimi kral klubuna keçməkdən imtina edərək və PSJ ilə müqaviləsini 2025-ci ilə qədər uzatmağa qərar vermişdi.