PSJ-nin futbolçusu Kilian Mbappe ÇL-in qrup mərhələsində “Leyptsiq”lə keçirilən oyundan sonra fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, Mbappe oyundan və nəticədən razı qaldığını deyib.

O, nəyə görə penalti zərbəsini Messinin yerinə yetirməsini istədiyini də açıqlayıb:

“Çempionlar Liqası olduqca çətin turnirdir. Hər oyun ağır olur. Azarkeşlərimizin qarşısında qrup lideri olduq. Oyundan və nəticədən narazılıq edə bilmərəm.

Messiyə niyə dedim ki, penaltini yerinə yetirsin? Ona görə ki, bu, hörmətdir. O, dünyanın ən yaxşı futbolçusudur.

Penaltidir, o, topu götürür və işi bitirir. Daha sonra ikinci penalti olur və mənə deyir: “İndi də sən vur”.