
Mbappe bunu bacaran ilk fransalı futbolçudur
- 15 Sen 2022 17:41
- 454
PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Makkabi” (Hayfa) ilə matçında (3:1) bir qol vurub.
Rekord.az xəbər verir ki, Mbappe Çempionlar Liqasında ardıcıl 6 matçda qol vuran ilk fransalı futbolçu olub. 23 yaşlı hücumçunun hesabında bu oyunlarda 8 qol var.
Mbappe bu mövsüm PSJ-nin heyətində bütün yarışlarda 8 matçda 10 qol vurub.
Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.
Çempionlar Liqasının qrup mərhələsinin 2 turundan sonra PSJ 6 xal toplayaraq, H qrupunda turnir cədvəlinə başçılıq edir.