İtaliyanın "Sassuolo" klubu təcrübəli yarımmüdafiəçi Nemanya Matiçi transfer etdiyini açıqlayıb.


Rekord.az xəbər verir ki, onunla 2026-cı il iyunun 30-dək müqavilə bağlanıb.


37 yaşlı serbiyalı futbolçu İtaliya təmsilçisinə azad agent kimi keçib.


Matiç 2024/2025 mövsümündə Lion “Olimpik"ində çıxış edib. O, bütün turnirlərdə 39 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.