Argentina yığmasının sabiq futbolçusu Xavyer Maskerano Lionel Messini təbrik edib.

Rekord.az xəbər verir ki, Messi Paraqvayla oyunda yığmada 147-ci oyununu keçirib.

O, bu göstəricidə Maskeranonun rekordunu təkrarlayıb. Xavyer “tvitter”də belə yazıb:

“Leonu rekorda görə təbrik edirəm. Əfsanə olmaq və yığmada ən çox oyun keçirən futbolçu statusuna yüksəlməkdən yaxşı heç nə yoxdur.

Bütün komandanı qələbə münasibətilə təbrik edirəm. Qoy qələbələr daha çox olsun”