Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə məktəbli idmançılar arasında rayon turniri başa çatıb.

Rekord.az xəbər verir ki, Miyankü kənd Nadir Aslanov adına tam orta məktəbinin idman zalında təşkil olunan yarışlar öncəsi Ümummilli Liderimizin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümumtəhsil müəssisələrinin uşaq və yeniyetmə idmançıların qatıldığı yarışların yekun nəticələrinə görə ilk üç yeri tutan güləşçilər təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.