«Neftçi»nin veteran futbolçusu Maşallah Əhmədov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qəbulunda olub.

Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, ötənlərin tanınan ismi şəhərin futbol həyatı ilə bağlı narahatlığını bu görüşdə ifadə edib.

O, böyük ənənəsi olan «Kəpəz»də idarəçilik sisteminin düzgün qurulmadığını, qeyri-peşəkarların iş başında dayandığını söyləyib.

Əhmədov klubun prezidenti postuna gətirilməsi üçün icra başçısından dəstək istəyib. Bildirib ki, təyinatı gerçəkləşərsə, «Kəpəz»in əvvəlki nüfuzunu qaytarması üçün əlindən gələni əsirgəməyəcək, mühüm işlər görəcək.

Niyazi Bayramov «Kəpəz»in üzləşdiyi vəziyyətdən narahatlığını gizlətməyib, bununla belə, deyib ki, klub AFFA tərəfindən idarə olunur və onların daxili işlərinə qarışmaq fikri yoxdur.