Maradona ilə yeni müqavilə
- 2020-06-04 12:42
- 676
Argentinanın “Ximnasiya” klubu baş məşqçisi Dieqo Maradona ilə müqavilə müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Argentina futbolunun canlı əfsanəsi ilə yeni 1 illik müqavilə imzalanıb.
Bu mövsüm Maradonanın rəhbərliyi altında 18 oyuna cəmi 6 qələbə qazanan “Ximnasiya” 24 komandanın mübarizə apardığı çempionatda 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Argentina Super Liqasında koronavirusla əlaqədar aşağı liqaya düşmək ləğv olunub.