
Mançini İtaliya millisinin hədəfini açıqladı
- 24 Mar 2022 15:20
- 457
İtaliya millisinin baş məşqçisi Roberto Mançini komandasının DÇ-2022-dəki hədəfini açıqlayıb.
Rekord.az xəbər verir ki, o, bugünkü pley-off oyunundan əvvəl UEFA-nın mətbuat xidmətinə açıqlamasında deyib:
“Məqsədimiz dünya çempionu olmaqdır. Ona görə biz qarşıdakı iki görüşdə qələbə qazanmalıyıq. Biz dünya kubokunu qazanmaq üçün Qətərə getmək istəyirik”.
Xatırladaq ki, İtaliya pley-off-un bu gün keçiriləcək yarımfinalında Şimali Makedoniya komandası ilə qarşılaşacaq. Qalib komanda finalda Portuqaliya - Türkiyə cütünün güclüsü ilə görüşəcək.