"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Premyer Liqanın 29-cu turunda "Nyukasl"a qarşı evdəki 0:2-lik məğlubiyyəti şərh edib.

Rekord.az xəbər verir ki, "Sky sport"a açıqlamasında o, bunları deyib: "Bu sözdən nifrət edirəm, amma "Nyukasl" daha yaxşı idi. Onlar qələbəni daha çox istəyirdilər, ona görə də qalib gəldilər. Bizim də şanslarımız oldu, amma qol üçün hədəfə doğru həlledici formada getməlisən. Bu, oyunda rəqibə həddən artıq çox şans verdik. Bundan sonrakı hər bir oyuna maksimum gücümüzü qoymalıyıq".