İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini açıqlayıb.

Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" Niderland "Feyenoord"unda çıxış edən Tayrell Malasia ilə güclənib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

"Feyenoord"un yetirməsi olan Tayrell Malasia 2017-ci ildən bu klubun əsas komandasında çıxış edirdi.