
"Mançester Yunayted"dən "Roma"ya
- 14 İyn 2022 21:18
- 436
"Mançester Yunayted"dən ayrılan Nemanya Matiçin yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi "Roma"ya keçib. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu ilə 1 illik müqavilə imzanıb.
Qeyd edək ki, Matiç daha əvvəl "Çelsi" və "Benfika"da da oynayıb.