
“Mançester Yunayted”də 52 milyonluq qapıçı - RƏSMİ
- 21 İyl 2023 00:14
- 305
"İnter"in qapıçısı Andre Onananın "Mançester Yunayted"ə transferi rəsmiləşib.
Rekord.az xəbər verir ki, bu barədə klubların mətbuat xidmətləri məlumat yayıblar.
27 yaşlı qolkiper yeni klubu ilə 5+1 illik müqavilə bağlayıb. “Mançester Yunayted” Onananın transferi üçün “İnter”ə 52.5 milyon avro ödəyib.
Kamerun millisinin qapıçısı 2022-ci ilin yayından İtaliya təmsilçisində çıxış edirdi.