
“Mançester Yunayted” hücumçusunu itirdi
- 12 Apr 2023 17:45
- 320
İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford zədələnib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bilidilir ki, 26 yaşlı hücumçunun əzələsində problem yaranıb. Bu üzdən də forvardın qarşıdakı bir neçə matçda iştirak etməyəcəyi gözlənilir. O, Avropa Liqasının 1/4 final mərhələsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirəcəkləri ilk oyunu da buraxacaq.
Xatırladaq ki, Reşford Premyer Liqanın 30-cu turunda "Everton"a 2:0 hesabı ilə qalib gəldikləri oyunda xəsarət alıb. O, cari mövsüm bütün turnirlərdə 47 görüşə çıxıb və 28 qol vurub.