“Mançester Siti”nin yetirməsi “Fulhem”də
- 16:00
- 33
İngiltərənin "Fulhem" klubu "Sauthempton" və Şimali İrlandiya millisinin mərkəz yarımmüdafiəçisi Şey Çarlzı transfer etdiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Şey Çarlz "Mançester Siti"nin yetirməsidir. O, 12 il ərzində klubun akademiya və digər yaş qruplarında çıxış edib.
Futbolçu ötən mövsümü Çempionşipdə keçirib. Çarlz "Sauthempton"un heyətində 38 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.