“Mançester Siti”dən Stounz qərarı
- 17:30
- 31
“Mançester Siti” mövsümün sonunda müqaviləsi başa çatacaq Con Stounzla bağlı qərar verib.
Rekord.az xəbər verir ki, Premyer Liqa klubu ingiltərəli müdafiəçi ilə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Stounzun yayda başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq. 31 yaşlı mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.
“Mançester Siti” Stounzu 2016-cı ilin yayında, “Everton”dan 55 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm “şəhərlilər”in heyətində 16 rəsmi matçda meydana çıxıb.