Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Rekord.az xəbər verir ki, hər iki oyuna eyni saatda start verilib.

İngiltərənin “Mançester Siti” klubu Macarıstanda “Borussiya” (Münhenqladbax, Almaniya) ilə qarşılaşıb. “Şəhərlilər” bu oyunda inamlı qələbəyə seviniblər.

İspaniyanın “Real” klubu isə İtaliyada yerli “Atalanta”nın müqavimətini çətinliklə qıra bilib.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları

24 fevral

Atalanta – Real 0:1
Qol: Mendi, 86.
Baş hakim: Tobias Steyler (Almaniya)
İtaliya, “Stadio di Berqamo”.

Borussiya (Münhenqladbax) – Mançester Siti 0:2
Qol: B.Silva, 29. Q.Jezus, 65.
Baş hakim: Artur Dias (Portuqaliya).
Macarıstan, “Puskas Arena”.