
Maldini: "Messi, Ronaldo və Maradonaya qarşı oynamaq çətin idi"
- 2022-09-24 13:20
- 269
"Milan" və İtaliya millisinin keçmiş futbolçusu Paolo Maldini vaxtı ilə rəqib olduğu ən güclü üç futbolçunun adını çəkib.
Rekord.az “Sportskeeda”ya istinadən xəbər verir ki, italiyalı belə danışıb:
“İndiyə qədər çox futbolçu ilə rəqib olmuşam. Amma onlar arasında üçünün adını çəkə bilərəm. Qarşılaşdığım ən böyük üç futbolçu Messi, Maradona və Ronaldodu. Onlara qarşı oynamaq həqiqətən çox çətin idi".
54 yaşlı futbol mütəxəssis 1985-2009-cu illərdə “Milan”da oynayıb.