"Qarabağ"ın kapitanı Maksim Medvedevin durumu ciddidir.

Rekord.az xəbər verir ki, bu haqda məlumatı "CBC Sport"a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov verib.

Onun sözlərinə görə, "Frayburq"la oyun öncəsi keçirilən məşqdə Medvedev yenidən zədə alıb. Həkim müayinəsindən sonra zədənin ciddi olduğu və futbolçunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.