
Mahirin komandasına məğlubiyyət Tuxelin sonunu gətirdi
- 07 Sen 2022 14:30
- 433
İngiltərənin “Çelsi” klubu baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Buna “zadəganlar”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb “Dinamo”suna 0:1 hesablı məğlubiyyəti səbəb olub.
“Dinamo”da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.
Tuxel 2021-ci ilin əvvəlindən “Çelsi”yə rəhbərlik edirdi.