
Mahirin komandası növbəti sınağına çıxır
- 18 Sen 2022 19:00
- 352
Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında 10-cu tur oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Zaqreb təmsilçisi "Lokomotiva"nın qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.
Qeyd edək ki, hazırda 25 xalı olan "Dinamo" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, "Lokomotiva" isə 9 xalla 8-cidir.
18 sentyabr
19:15. "Lokomotiva" - "Dinamo" (Zaqreb)