Luis Enrikedən PSJ ilə 100-cü qələbə
- 14:00
- 32
PSJ Liqa 1-in 18-ci turunda “Lill”i 3:0 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, bu qələbə Paris klubunun baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında qazandığı 100-cü qələbə olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyundan sonra danışan ispan mütəxəssis nəticəni belə dəyərləndirib: “100 qələbə pis deyil. Bu tempdə davam etməliyik. Min qələbə istərdim, amma hələ buna çox var.”
Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi altında Paris təmsilçisi iki dəfə Fransa çempionu olub, Fransa Kuboku və Fransa Superkubokunu qazanıb. Həmçinin PSJ Çempionlar Liqası, Qitələrarası Kubok və UEFA Superkubokunun qalibi olub.