İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike İngiltərədə işləmək istəyini dilə gətirib.

Rekord.az xəbər verir ki, "SER Deportivos Gijon"a açıqlamasında o, bunları deyib: "İspan futolundan daha çox ingilis futbolunu izləyirəm. Məlum məsələdir ki, bundan çox təsirlənirəm və özüm də orada işləmək istəyirəm. Bununla belə, maraqlı layihələrə razılıq verəcəm. Hansı ki, orada böyük işlər görə bilərəm".