Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku “Barselona” nın ulduzu Lionel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo barədə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bunları deyib: “Mən baş məşqçi kimi Messi və Ronaldo ilə dəfələrlə üz-üzə gəlməli olmuşam.

Tezliklə çalışdırdığım klubun oyunçuları da onlara qarşı oynamalı olacaq. Futbolçularıma onların bacarıqlarını izah etməliyəm”, - deyə UEFA-nın rəsmi saytı M.Luçeskunun fikirlərini dərc edib.

Rumıniyalı mütəxəssis qeyd edib ki, L.Messi dar məkanda sürəti, özünə inamı və driblinqinə görə fərqlənən futbolçudur:

“Ronaldo isə fərqli oyunçudur. O, fərqlənməyi çox sevir, bu səbəbdən portuqaliyalıya geniş sahə lazımdır. Onun komanda yoldaşlarının köməyinə ehtiyacı var, Messi isə təkbaşına çox şeyi müstəqil şəkildə etmək iqtidarındadır”.